Bakı şəhəri Suraxanı rayonunda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nəsirov Ceyhun tərəfindən icra olunan “Dünya simuliasiyası” adlı layihənin növbəti təlimi keçirilmişdir.
Tədbirdə çıxış edən layihə üzrə koordinator Səxavət Səxavətli ilk öncə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən söz açaraq Gənclər Fondunun yaratdığı imkanları iştirakçıların diqqətinə çatdırmışdır. “Ölkəmizdə gənclər üçün hər cür şərait yaradılmışdır. Cənab prezident İlham Əliyev hər zaman gəncliyimizin qayğısına qalmış və ölkə siyasətinin idarə edilməsində gənclərin rolunun artırılmasını diqqət mərkəzində saxlayaraq təmin etmişdir.”
Daha sonra koordinator layihə haqqında gənclərə ümumi məlumat vermiş, simuliasiyanın yaranma və inkişafı tarixindən bəhs etmiş və onun hər bir şəxsin həyatında mühüm rol oynadığını bildirmişdir. Tədbir diskusiya və praktiki oyunlarla davam etmişdir.