01 oktyabr – 01 yanvar tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Bakı Gənclər Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə Quliyev Ruslan tərəfindən “QalibSən – tələbələr arası boulinq yarışması” adlı layihə həyata keçirilmişdi.
Layihənin keçirilməsində məqsəd – gəncləri idmana və sağlam həyat tərzinə cəlb etmək və gənclərin asudə vaxtlarını səmərəli keçirtməkdən ibarətdir.
Layihə çərçivəsində cəlb olunan 42 gənc arasında boulinq yarışması keçirildi. Yarış 4 mərhələdən ibarət olaraq, ilk mərhələdə 42 nəfər iştirakçıdan 24 nəfər növbəti mərhələyə vəsiqə qazandı. İkinci mərhələdə 24 nəfər iştirakçıdan ən çox bal yığan 12 nəfər yarım finala keçdi. Yarım finalda daha çox bal yığan 6 gənc finala keçərək, final mərhələsində yarışın nəticəsi olaraq 3 qalib bilindi və hədiyyələr ilə təltif olundu.