Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirillən “Azərbaycanın təbliği” layihəsi uğurla icra edildi. “Azərbaycanın təbliği” layihəsi 2 mərhədə icara olundu.
Birinci mərhələdə Gəncə şəhəri Azərbaycan Dövlət AQRAR Universitetində təbələri əhatə olundu. Layihə çərçivəsində Gəncə-2016 gənclər paytaxtı, Azərbaycanın təbliği, gənclər siyasəti, gənclərin bu mövzularda üstünlükləri barədə təlimlər keçirildi. Eyni zamanda Gəncə-2016 Avropa Gənclər Paytaxtı çərçivəsində ölkəmizə gələcək beynəlxalq
təşkilatların nümayəndələri, qonaqlarla bir baş təmasda olacaq gənclər üçün bir növ hazırlıq məqsədi daşıyır. “Azərbaycanın təbliği” layihəsi Azərbaycan gənclərinin təqdim etmə bacarıqlarına yiyələnərək, ilk növbədə bir fərd olaraq özlərini və vətəni təqdim etmək üçün ən
effektiv üsullara yiyələnməsinə xidmət etdi. Onlara Azərbaycanın təbliği, bacarıqları həm nəzəri, həm də praktiki olaraq öyrədildi. Gənclərə bununla yanaşı, ölkəmizi təqbiq etmək üçün, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, mənəvi tərəflərimiz barədə ətraflı
məlumatlandırıldı. Daha sonra layihə iştirakçılarına sertifikat təqdim olundu.