Bakı şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin Akt Zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan“Məktəbli Gənclərin Qiraət Müsabiqəsi” layihəsinin yekun mərhələsi keçirildi.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Etibar Binnətli Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorunması və inkişafına göstərdiyi hərtərəfli qayğıdan danışaraq, Gənclər Fondunun dəstəyilə reallaşan layihənin məqsədi və məktəbli gənclərin dilə sevgi hissinin artırılmasında bu tipli layihələrin əhəmiyyəti haqqında fikirlərini konfrans iştrakçıları ilə bölüşdü. Sonra layihənin eksperti, yazıçı-publisist Təhmasib Novruzov müsabiqənin şərtləri, iştrakçılar qarşısında qoyulan başlıca tələblər, və müsabiqədə qiymətləndirmə metodologiyası barədə konfrans iştrakçılarına ətraflı məlumat verdi və münsiflər heyətinin üzvlərini iştrakçılara, eləcə də müsabiqəyə tamaşaçı qismində qatılan valideynlərə, müəllimlərə, KİV nümayəndələrinə təqdim etdi.