Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Şahbazova Nigar Nurağa qızı tərəfindən Ağsu rayonunda icra olunan “Tarixi təcrübə” adlı layihəyə uğurla yekun vuruldu. Layihənin məqsədi “Xocalı Soyqrımı” haqqında gənclərin ətraflı maarifləndirilməsi, gənclərin bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi, soyqrım haqqında məlumatların dünyaya çatdırılması istiqamətində işlərin görülməsi, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Layihə 4 gün davam etmişdir və ümumilikdə 120 nəfərdən çox gənc layihə iştirakçı olmuşdur. Layihə çərçivəsində bukletlər hazırlanaraq həm layihə iştirakçılarına həm də iştirakçı olmayan gənclərədə verilmişdir.