Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uğur üçbucağı: müasir gənclik, informasiya-kommunikasiya texnologiyaları” layihəsi çərçivəsində təlimlər keçirilib. Bakı, Gəncə və Quba şəhərlərini əhatə edən təlimlərdə İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsinin inkişaf etdirilməsinin prioritet sahə kimi müəyyən olunması, bu sahənin ictimai həyatın bütün sferalarında tətbiq olunması zərurəti qeyd edilmişdir. Təlimlərdə “Uğur üçbucağı: müasir gənclik, informasiya-kommunikasiya texnologiyaları” layihəsinin koordinatoru Ruslan Ağamətov, ekspertlər Eldar Şahbazlı İnformasiya-Kommunikasiya Texnologiyalarına diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində İKT-nin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, İKT təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini və gələcək uğurlu karyera naminə İKT biliklərinin önəmi barədə biliklərini bölüşmüşdür. Layihənin məqsədi barədə danışan ekspertlər qeyd etmişlər ki, məqsəd region gənclərinin informasiya texnologiyaları haqqında daha geniş informasiyaya malik olmalarına, bu sahəyə maraqlarının artırılmasına, insanları köhnə steotiplərdən uzaqlaşdırmaq, onların gələcək həyatlarında informasiya texnologiyaları istiqamətində karyera imkanlarının üstünlükləri haqqında daha geniş məlumat əldə etmələrinə kömək etməkdir.
Təlimlərdə çıxış edənlər İnformasiya-Kommunikasiya Texnologiyaları təhsilinin əhəmiyyəti və günün tələbi olduğunu diqqətə çatdırmış, ölkəmizdə bu siyasətin uğurlu formulu olan bilik iqtisadiyyatının inkişafı sahəsində görüləcək fəaliyyətdən bəhs etmişlər. Təlimlərdə iştirak edən gənclərə mövzu ilə bağlı bukletlər paylanmış, İKT imkanları, e-hökumət, sosial şəbəkələrdə etik-davranış qaydaları və digər gənc iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılmış, təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim edimlişdir.