“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği” layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Rəna Ələkbərova tərəfindən icra olunur.
Tədbir Xəzər rayonunda yerləşən 237 saylı tam orta məktəbdə həyata keçirilib.
Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması konsepsiyasının prinsiplərinə uyğun olaraq, gənclərimizdə milli-mənəvi dəyərlərimizə, soy-kökümüzə, tariximizə xüsusi məhəbbət hissinin aşılanması məqsədi ilə icra olunan layihənin hədəf qrupu şagirdlər və tələbələr, uşaq evləri və internat məktəblərində yaşayan uşaq və gənclərdir.
Layihə çərçivəsində gənclərimizin vətəndaşlıq hisslərini inkişaf etdirmək, gənclərimizdə “Milli dəyərlərimiz millətimizin simasıdır” düşüncəsini möhkəmləndirmək istiqamətində maarifləndirmə işləri aparılıb.