Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verir.
Layihənin məqsədi gənc kinematoqrafçıları istehsal etdikləri audiovizual məhsulları beynəlxalq festivallara çıxarmaq qaydaları, filmin janrından, formasından asılı olaraq lazimi festivallara göndərilməsi barədə məlumatlandırmaqdır.
Layihə çərçivəsində peşəkar masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun növləri, onlar arasında əlaqələr, məhsulların hazırlanma yolları, texniki imkanlardan istifadə qaydaları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.