17 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakı şəhərində keçiriləcək “Davosa Doğru – Bakı” Forumu keçiriləcək.
“Davosa Doğru” (“Shaping Davos”) dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün vasitədir. Qeyd edək ki, 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır. Bakı şəhərində bu fəaliyyət 17 yanvar tarixində “Davosa Doğru – Bakı” Forumu şəkilində keçiriləcək.
Forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaqdır. Forumun əsas mövzusu “Məşğulluq üçün yeni imkanların yaradılması” olaraq müəyyən olunub.
Panel sessiyalar “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” və “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” mövzularını əhatə edəcək. Sessiyalar zamanı dövlət qurumları, milli və transmilli şirkətlər, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi, peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması üçün peşə təhsilinin effektivliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi, gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında rolu, ölkədə gənclərin məşğulluğunun təmin olunmasında gənc sahibkarların rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələr aparacaqdır.
Məkan: ADA Universiteti
Tarix: 17 yanvar 2017-ci il Saat: 9:00-13:00
Aşağıda göstərilən meyarlara cavab verən şəxslərə üstünlük veriləcəkdir:
1. Sahibkarlar və gənc sahibkarlar
2. Biznes və iqtisadiyyat sahəsində təhsil alan gənclər
3. Peşə təhsili proqramarında təhsil alan və peşə təhsilində faydalanmış gənclər
4. Gənclər təşkilatlarının nümayəndələri
5. Global Shapers icmasının üzvləri və dəstəkçiləri
Son qeydiyyat tarixi: 14.01.2017
Qeydiyyat üçün link – http://www.nayora.az/announcements2,152/lang,az/