Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctima Birliyi 16 dekabr 2016-cı il tarixində Zərdab rayonunda “Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə” mövzusunda rayonun Gənclər mərkəzində tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov açaraq iştirakçıları salamladı və mövzunun əhəmiyyəti barədə məlumat verdi. Təşkilatın sədr müavini Tələt Qəribov və təşkilatın eksperti Sadiq Həsənov mövzu ətrafında geniş məruzə ilə çıxış etdilər. Tədbirdə iştirak edən gənclər müzakirələr zamanı fəalliq götərdilər və mövzu barədə təkliflərini verdilər.