Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib gəlmiş Nüsrətli Aynurun “Deyilən söz yadigardır”adlı layihəsinin bağlanış mərasimi baş tutmuşdur.
Nüsrətli Aynur layihə haqqında qısa məlumat verərək, layihə ərəfəsində bir çox işlərin görüldüyünü,açılış mərasimindən sonra yeniyetmə və gənclər arasında xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən məqalə- esse, bədii qiraət və gənc yazarlar müsabiqəsinin keçirildiyini və müsabiqənin qaliblərini setifkat və diplomlarla təltif edildiyini qeyd etdi.
A.Nüsrətli çıxışında onu da qeyd etdi ki, müsabiqələrdə qalib gələn məktəblilər dərs zamanına düşdüyü üçün bugün burda iştirak edə bilmirlər. Lakin onların diplomları Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin də iştirakı ilə öncədən təqdim edilib.
Sonda layihə rəhbəri bu layihənin həyata keçirilməsində ona göstərilən dəstəyə görə hər bir layihə iştirakçısına dərin təşəkkürünü bildirmişdir.