Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində təşkil olunan “Dəyərlərimiz sərvətimizdir” layihəsi uğurla icra olunmuşdur.
Layihə rəhbəri Qurban Abdullayevin verdiyi açıqlamaya görə, layihə çərçivəsində gənclərlə 3 gün müddətində seminarlar təşkil olunmuşdur. Layihənin icrasında könüllü olaraq iştirak edən həmkarlarına və təlimçiyə təşəkkür edən layihə rəhbəri qeyd etmişdir ki, icra olunan layihə çərçivəsində məktəblilərin diqqətinə çatdırılmışdır ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Bu səbəbdən biz gənclər həm dövlətçilik tariximizi, həm də milli, dini dəyərlər sistemimizi dərindən bilməli və bu dəyərlərin təbliğ olunmasında müstəsna xidmətlər göstərməliyik.
Layihə çərçivəsində gənclərə milli- mənəvi dəyərlərdən bəhs edən çap materialları və təşkil olunan seminarlarda fəal iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur.