Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günay Sadıxovanın “Kitablar və mən” adlı fərdi layihəsinin bağlanış tədbiri keçirildi.
Tədbirdə ilk olaraq layihə rəhbəri özü çıxış edərək iştirakçılara və qonaqlara layihə çərçivəsində baş verən proseslər barədə məlumat verdi.
Məlum oldu ki, layihə çərçivəsində 50-yə yaxın yazı işi təqdim edilmişdir. I mərhələrdə 50 yazı işindən 10 yazı işi seçilmiş, II mərhələ də isə 10 yazı işindən I, II, III yerlər üzrə qaliblər müəyyən edilmişdir.
Daha sonra layihədə ekspert qismində çıxış edən fəlsəfə üzrə filologiya doktorları Firudun Qurbansoya, Məlahət Babayevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Günəş Vəlizadəyə söz verildi. Onların hər biri iştirakçıları təbrik etdi və gələcək işlərində də uğurlar dilədi.
Sonda isə yazı müsabiqəsinin qalibləri açıqlandı və iştirakçılar sertifikat və diplomlarla təltif olundu.