Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş Əliyeva Rəqsanə Zöhrab qızının icra etdiyi “Gənclər və Ekologiya” adlı layihənin icrası davam etdirilir. Layihənin məqsədi gənclərin ekoloji biliklərininn artırılması istiqamətində maarifləndirmə işinin təşkili, onlar arasında ekoloji mədəniyyətin formalaşdırılmasına dəstəkdir. Layihə çərçivəsində gənclərin bu sahədə maarifləndirilməsi istiqamətində Xaçmaz rayonu və Bakı şəhərində təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin ilk təlimi Xaçmaz rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin iştirakı ilə təşkil olundu. Beləki təlimçi Rauf Hümbətzadə tərəfindən gənclərə ekoloji mədəniyyət, ekoloji etika, tullantıların ətraf mühitə təsiri və s mövzular ətrafında təlim keçirildi. Xüsusilə layihənin hədəf regionlarının Xəzər dənizi ətrafında yerləşdiyini nəzərə alaraq gənclərlə bu sahədə olan problemlər mövzusunda geniş müzakirələr təşkil olundu. Təlimin sonunda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olundu.
Məlumat üçün bildirək ki, layihənin növbəti təlimi Bakı şəhərində təşkil olunacaqdır.