“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və yerlərdə özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar maarifləndirilməsi” adlı layihə çərçivəsində icra planına müvafiq olaraq Zərdab rayonunda təlim keçirdi. Iki gün davam edən təlimin ilk günü layihə rəhbəri, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, Zərdab rayon Gənclər və İdman idarəsinin aparıcı-məsləhətçisi Ələkbər Kərimov və İctimai Birliyin fəal üzvü Babək Mikayılov ekpert qismində çıxış etdilər. Çıxış edənlər Azərbaycan Gənclər Fondu barədə, onun beş illik fəaliyəti barədə və layihənin əhəmiyyəti barədə danışdılar və təlimin işinə uğurlar arzuladılar. Sonra təlimçi özünüməşğulluq fəaliyyətində əsas əhəmiyyət kəsb edən biznes planın yazılması barədə bilgilər verməyə başladı.
Qeyd edək ki, layihə Zərdab və Ucar rayonlarında keçirilməklə icra müddəti 3 aydır və məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, yerlərdə özünüməşğulluq fəaliyyətinə cəlb olunması və bu mövzuda region gənclərinin geniş və lazımınca maarifləndirilməsi və öyrədilməsindən ibarətdir.