Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctmai Birliyinin təşkilatçılığı ilə”Gənc aqronom” adlı layihənin icrasına başlanılmışdır.Layihə Hacıqabul rayonlarında icra olunacaqdır. Layihənin həyata keçirilməsində məqsəd interaktiv metodlarla sağlam və sosial təcrid olunmuş gəncləri kənd təsərrüfatı sahəsində maarifləndirilmə işinin aparılması, gənclərin kənd təsərrüfatı sahəsində iştiraklarının artırılması, onların maraqlarının müdafiəsi işinin aparılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.”Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Xalid Rəcəbli Hacıqabul rayonunda keçirlən açılış mərasimində qeyd etmişdir ki,bu layihə region gənclərinin kənd təsərrüfatı sahəsində biliklərinin artırılmasında yardımçı olacaqdır və yeni ideyaların yaranmasını sürətləndirəcəkdir.Layihə zamanı gənclərə mövzu ilə bağlı təlimlər keçiriləcək və bukletlər paylanılacaqdır.Mərasimdə qeyd olunmuşdur ki, «Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur».