24 dekabr 2016-cı il tarixində Şəmkir rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyi və Şəmkir Gənclər Paytaxti-2016 layihəsinin bağlanış mərasimi münasibəti ilə tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikasının Prezindeti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov çıxış ediblər. Fərhad Hacıyev çıxışında Cənab Prezindent İlham Əliyevi 55 illiyi münasibəti ilə təbrik edib və işlərində uğurlar arzu edib. Sonra Fərhad Hacıyev İlham Əliyevin gənclərə diqqət və qayğısını gənclər siyasətinin proritet istiqaməti olduğunu və bu sahədə görülən işlərin gənclər üçün nə dərəcədə əhəmiyyətli olduğunu qeyd edib. O, çıxış nitqində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi zamanlarda ilk görüşü məhz gənclərlə keçirtdiyini , onlara necə diqqət ayırdığını vurğulayıb.
Sonra Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov , Millət vəkili, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva və Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış ediblər. Onlar Şəmkirdə keçirilən layihələr haqqında məlumat verib və “Şəmkir Gənclər Paytaxtı 2016” layihəsi çərçivəsində Gənclər Fondunun dəstəyinin əhəmiyyətini vurğulayıb və Fonda təşəkkürlərini bildiriblər.
Daha sonra Şəmkir rayonunda Gənclər Paytaxtı olduğu 1 il ərzində görülən işlər haqqında video-çarx görüş iştirakçılarına nümayiş etdirilib.
Tədbirin gedişatında “Şəmkir Gənclər Paytaxtı 2016” layihəsi çərçivəsində Şəmkir rayonunda “Dövlət Gənclər və İdman” siyasətinin həyata keçirilməsində Şəmkir rayon Gənclər və İdman İdarəsi ilə yaxından əməkdaşlıq etmiş, gənclərlə bağlı keçirilmiş tədbirlərdə və idman yarışlarında fəal iştirakına görə rayonun bir sıra idarə və müəssisələri mükafatlandırılıb.
Daha sonra Gənclər Fondundan müsabiqələrinin fərdi layihə qalibləri Rauf Əliyev və Rəşad Arabova verilib.
Sonda Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yekun nitqi ilə çıxış edərək Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini, gənclərə olan diqqət və qayğının təqdirə layiq olduğunu, bu işdə Gənclər Fondunun da fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib.
Heydər Əliyev Mərkəzindəki rəsmi hissədən sonra Gənclər Fondunun əməkdaşları Zəka Gənclərin İntellektual İnkişaf Mərkəzinin qonağı olublar. Oradakı infrastrukturla və onların fəaliyyət istiqamətləri ilə tanış olublar.
Gənclər Fondunun Şəmkir səfəri N saylı hərbi hissədə keçirilən konsert proqramı ilə yekunlaşıb.