Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gənclər sahəsində uzun illəri əhatə edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilib. Qəbul olunmuş inkişaf strategiyasına əsasən,Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən bilik müsabiqələrin, olimpiadaların keçirilməsi” də nəzərdə tutulur. Bunları nəzərə alaraq, DAGBHC sözü gedən problemin həlli istiqamətində həyata keçirilən dövlət proqramının icrasına öz tövhəsini vermək məqsədi ilə “Azərbaycanımızı sevək” milli bilik müsabiqəsi layihəsinin həyata keçirilməsinə qərar vermişdir. Bunu əsas tutaraq, Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, Respublikamızın bir sıra ali təhsil müəsisələrində də,o cümlədən də.Bakı İslam Universitetində “Azərbaycanımızı sevək”-adlı layihə cərcivəsində tələbə gənclər arasında milli bilik müsabiqəsi keçirmişdir.
İlk önçə Bakı Islam Universitetinin “Dinşunaslıq” fakultəsinin ictimai fənlər kafedrasının müdiri Elvın Talışınski çıxış edərərk, gələn qonaqları salamladı. Qeyd olundu ki, artiq 3 ildir ki, Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Bakı İslam Universitrtində müxtəlif mövzulu tədbirlərlə qonağımız olur. Belə tədbirlərin keçirilməsi, gənclərimiz arasında milli-mənəvi dəyrələrimizin aşılanması, Azərbaycanın tarixi, ədəbiyyatı və incəsənətinə maraqı artırır. Daha sonra layihə rəhbəri Tofiq Əli-zadə iştirakçılara layihə və layihənin gedişatı barədə məlmat verdi. Daha sonra müsabiqəyə start verildi. Gərgin kecən müsabiqə 3 turdan ibarət oldu. Gərgin keçən tədbirin sonunda, qaliblər müəyyən olundu. Beləliklə qaliblər: Ramil İbrahimov,Bayramova Samirə, İzzətzadə Əli, Tamerlan Qasımov elan olundu. Qaliblərə, layihə rəhbəri tərəfindən qalib serdifikatları və hədiyyələr verildi Tədbir zamanı gənclərimiz arasında tariximizin, mədəniyyətimizin öyrənilməsinə bir daha maraq artmış, Azərbaycançılıq ideyaları təbliğ olunmuş, milli dəyərlərimz haqqında fikir mübadilələri aparılmış, bilgilər daha da təkmilləşmişdir.