Ağdam, Beyləqan və Ağcabədi rayonlarında “Mənim inkişafım regionun inkişafıdır” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə 8-ci qrant müsabiqənin qalibi Elşən Abbasov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi iqtisadi biliklerin habelə marketinq, sahibkarlıq, region gənclərinin sosial aktivliyini daha da artırmaqdır.
Beşinci və səkkizinci qrant müsabiqələrin qalibi Elşən Abbasov region gəncləri qarşısında çıxış edərək bildirib ki, region gənclərinin özünü inkişaf etdirməsinə kömək üçün onlar əllərindən gələn hər şeyi etməyə hazırdırlar:
“Hər bir gəncin özünü fərdi şəkildə inkişaf etdirməsi, onlara sosial aktivlik sahəsində yol göstərmək bizim müqəddəs vəzifəmizdir. Bunun üçün hər kəs öz istedadının hansı sahəyə kodlaşdığını kəşf etməlidir. Səylə çalışmalı, regionun sosial-iqtisadi və mədəni tədbirlərində fəal iştirak etməlidir. Hər bir fərdin inkişafı regionun yüksəlişi ilə parallellik təşkil edir. Bu gün bizim buraya yığışmağımızın məqsədi də elə gənclərin fərdi inkişaf prinsipləri haqqında gənclərimizi maarifləndirməkdir”.
Daha sonra Elşən Abbasov bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev regionların iqtisadi inkişafını daima diqqətdə saxlayaraq, iqtisadi-sosial layihələrin inkişafında gənclərin rolunu xüsusi qiymətləndirib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.