Sumqayıtda “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsinin yekun tədbiri keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc fəal, tələbə Nurlan Cabbarov tərəfindən icra olunmuşdur.
Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə layihə çərçivəsində keçirilən yekun tədbirdə layihə rəhbəri layihənin məqsədi, donoru, ətraf mühitin qorunması istiqamətində aparılan işlərdən danışmışdır.
Məktəbin direktoru Bəxşeiş Ələmşahov, ekologiya və onun qorunmasının vacibliyindən danışmış və son aylarda Sumqayıt şəhərində aparılan abadlıq işləri haqqında məlumat vermişdir.
Layihənin eksperti yeniyetmələrə əhalinin asudə vaxtının təşkili və istirahəti üçün salınan parklarda və istirahət məkanlarında ətraf mühitin və təmizliyin qorunması işlərində aktiv olmağa, onların da bu işlərə öz töhfələrini verməyə çağırmışdır.
Şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylanılmışdır.