Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Vəfa Cahangirovanın layihə rəhbəri olduğu “Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” adlı layhəsi baş tutacaq. Layihənin əsas məqsədi cəmiyyətin aktiv təbəqəsi olan gənclərimizin rəssamlıq qabiliyyətindən istifadə edərək bəşəriyyətimizdə mövcud olan pis vərdişlərin təhlükəliliyi və onların səbəb ola biləcəyi nəticələri cəmiyyətimizin digər gənc üzvlərinə çatdırmaqdır.
İlkin seçim mərhələsindən keçən 20 iştirakçı müsabiqədə iştirak etmək şansı əldə edəcək. Sonrakı mərhələdə sərgi təşkil olunacaqdır və 20 iştirakçının çəkdiyi rəsm əsərlərin arasından 1-ci, 2-ci, 3-cü yerlərə müvafiq olaraq qaliblər elan olunacaq və qaliblər mükafatlandırılacaq.
Qeyd edək ki, bu layihədə 16-30 yaş arası istedadlı gənclərin iştirakı nəzərdə tutulur.
İştirak etmək üçün qeydiyyatdan keçin: http://bit.ly/2hkg0gF
Email: [email protected]
Müraciət üçün son tarix: 18.12.2016-cı il