“Multikulturalizm ili” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət darəçilik Akademiyasının YUNESKO Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən “Səkkiz Guşə” layihəsinin icrasına başlanılıb.
Layihə çərçivəsində gənclərə “Multikulturalizm və rəngarənglik” mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif universitetlərdən ümumilikdə 25 nəfər gənc iştirak edib. Təlim ərzində multikulturalizm anlayışı, multikuturalizmin Azərbaycan modeli, Azərbaycanda yaşayan etnik azlıqların həyat tərzləri və s. mövzular ətrafında müzakirələr aparılmışdır.
Daha sonra isə gənclər komandalar şəklində “Nə? Harada? Nə zaman?” tipli intellektual yarışmada iştirak ediblər. Multikulturalizm, Azərbaycanın regionları, mədəniyyəti, bölgələrimizin və etnik azlıqların mədəniyyəti, spesifik xüsusiyyətlərini əhatə etmiş suallardan ibarət yarışmada 5 komanda iştirak etmişdir.