Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Y-PEER Azərbaycan Şəbəkəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Əlçatan Təhsil – Əlçatan Gələcək” layihəsi başa çatdı!
Layihə çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş sonuncu təlimlər 9-10 dekabr tarixlərində Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsi çərçivəsində yaranmış “Əlilliyi olan Tələbələr üçün Mərkəz”in təşkilatı dəstəyi ilə Xəzər Universitetində baş tutdu. Təlimdə iki gün ərzində 100-dən çox müraciət arasından seçilmiş 22 tələbə iştirak etdi. İştirakçılar hər gün saat 13:30-dan 18:00-a kimi əlilliyi olan insanlara yanaşmadakı etik prinsiplər və yanaşmalar, Azərbaycanda əlilliyi olan insanlara qarşı münasibət və problemlər haqqında informativ sessiyalar və empatik tapşırıqlar vasitəsi ilə məlumatlandılar. Təlimlər zamanı, iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə yeni bilik və bacarıqlara yiyələnərək və bu təcrübəni öz həmyaşıdları ilə paylaşmaq şansı əldə etdilər. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edildi.
Qeyd edək ki, “Əlçatan Təhsil – Əlçatan Gələcək” layihəsinin əsas məqsədi inkluziv təhsillə bağlı məlumatlandırma, inkluziv təhsilin tətbiqi zamanı gələcək müəllimlərin və şagirdlərin əlilliyi olan uşaqlara qarşı düzgün pedaqoji yanaşma və davranışlarının inkişaf etdirilməsidir. Layihə çərçivəsində 24-25 noyabr tarixlərində 138№-li məkətəbdə, 29-30 noyabr tarixlərində 202 №-li məktəbdə, 2-3 dekabr tarixlərində isə Xəzər Universitetində təlimlər keçirilərək ümumilikdə 100-ə yaxın gənc və yeniyetmə təlimlərdən yararlandı.