“İşğaldakı Sərvətimiz” adlı layihə Azərbaycan Respubilikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilmişdir. Bu rəsm sərgisinin ərsəyə gəlməsi üçün dörd ay zaman sərf edilmişdir. İlk olaraq sərgi üçün müsabiqə və seçimlər elan olunmuşdur. Layihəyə 60 gənc rəssam müraciət etmiş, onlardan 30-nun 34 əsəri sərgi üçün seçilmişdir. Sərginin əsas məqsədi gənc rəssamların Qarabağdakı tarixi abidələrimizi və Qarabağın təbii sərvətlərini əks etdirən rəsm əsərlərinin işlənməsindən və sərgilənməsindən ibarət idi. Sadalanan meyarlara cavab verən rəsmlər seçilərək sərgiləndi. Onuda qeyd edək ki, layihədə nümayiş edilən rəsmlər sırf olaraq bu sərgi üçün işlənmişdir. Sərgi Bakı şəhəri, Yasamal Rayonundakı Heydər Əliyev mərkəzində baş tutdu. Sərginin açılışını Yasamal Rayon icra hakimiyyətinin müavini Zöhrab Cəfərov etdi. O Azərbaycan Respubilikasının Prezidenti yanında Gənclər fonduna öz təşəkkürlərini bildirdi. Daha sonra isə layihə rəhbəri Fidan Böyükbabalı layihəyə dəstək olan Gənclər Fonduna və layihənin tərəfdaşlarına öz təşəkkürlərini bildirdi və layihənin məqsədindən söz açdı. Azərbaycan Rəssamlar İttifaqının Katibi, Azərbaycanın Xalq Rəssamı Ağəli İbrahimov isə belə layihələrin gənc rəssamlar üçün əhəmiyyətinindən, həmçinin gənc rəssamların tarixi mövzulara müraciətinə zəmin yaratmasını qeyd edərək layihəyə dəstək olan Gənclər Fonduna öz təşəkkürlərini çatdırdı. Sənətşünas, əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev isə Qarabağdakı tarixi abidələrin bu günkü vəziyyətindən və ermənilərin abidələrimizi qarət etmələri haqqında geniş və maraqlı məzmuna malik nitq söylədi. Rəssam Elşən Hacızadə isə gənc rəssamlara Qarabağda, Qarabağ gözəlliklərini canlı şəkildə görüb çəkmələrini arzuladı. Yasamal Rayon Heydər Əliyev Mərkəzinin Rəhbəri Ömərova Naminə xanım Gənclər siyasətindən danışaraq bildirdi ki, bu gün dövlətimizdə gənclər siyasəti əsasd və bu siyasətin əyani sübütü isə bu gün Gənclər fondunun fəaliyyətidir.
Rəsmi açılış hissəsindən sonra isə bədii hissəyə keçid verildi. Bədii Hissədə balaban sədaları altında sarı gəlin ifa edildi, daha sonra isə muğam üçlüyünün müşayəti ilə Qarabağa aid olan mahnı və musiqilər səsləndi. O da qeyd edildiki Qarabağ nəğmələr diyarıdır. Sərgiyə baxış keçirildi.