Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Autist Uşaqların Reabilitasiyasına Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Eyni səma altında bərabər imkanlar” layihəsinə yekun vurulmuşdur.
27 və 28 noyabr tarixlərində Bakı şəhərində yerləşən Bakı Autizm və Yaşam Klubunun zalında gənclər, valideynlər və gənc ailələr üçün “Valideyn və uşaq arasında kommunikasiya”, “Autizm nədir?”, “Autist uşaqlarla davranış mərhələləri və metodları” və digər mövzularda seminarlar təəşkil edilmişdir. Seminarı giriş sözü ilə açan təşkilatın sədri Elnur Məmmədov donor, layihə və təşkilat haqqında geniş məlumat vermişdir. Layihə koordinatoru Mürsəl Behbudlu da öz növbəsində seminarın gündəliyi, müzakirə olunacaq məsələlər və gələcək fəaliyyətlər haqqında söz açmışdır. Seminarlar yaşam lideri və mütəxəssisi İlham Osmanlı və GTM-in Qarabağ ofisinin rəhbəri, təlimçi Radə Qafarova tərəfindən aparılmışdır. Nəzəri və praktiki hissədən ibarət olan seminarlar aktiv diskussiya şəraitində uğurla yekunlaşmışdır. Sonda iştirak edərək fəallıq göstərmiş iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Layihənin əsas məqsədi autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.