Ağdaş şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı növbəti tədbirini keçirdi.
Tədbiri RGİİ rəisi Azad Gözəlov açaraq qonaqları salamlayıb və layihənin aktuallığı ilə bağlı iştirakçıları maarifləndirib.
Sonra birliyin sədri Elçin Manafov iştirakçılara ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O, sağlamlığın əhəmiyyətindən və gəncliyin önəmindən danışaraq iştirakçılara öz tövsiyələrini verdi.
Daha sonra ekspert Samir Elmioğlu gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat vermişdir.
Tədbirdə RİH nümayəndləri, orta məktəb müəllimləri, son sinif şagirdləri və rayon gəncləri iştirak etmişdir. Tədbir diskussiya və müzakirə şəraitində keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.