Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan fərdi şəxs İlkin Xanlarzadənin rəhbəri olduğu “Aktiv tələbə” layihəsinin ilk tədbiri baş tutub.
Quba rayon Gənclər və İdman İdarəsinin və ADPU-nin Quba filialının dəstəyi ilə Qubada icra edilən layihənin açılış mərasimində çıxış edən layihə rəhbəri İlkin Xanlarzadə qeyd edib ki, layihə gələcəyin kadrları olan tələbələrin ictimai aktivliyinə nail olmaq, onlara qeyri-formal təhsil vasitəsilə müxtəlif məlumatların çatdırılmasıdır. Natiq çıxışında Gənclər Fonduna layihəyə dəstək verdiyinə təşəkkür edib və bildirib ki, layihə çərçivəsində 60 tələbə liderlik, natiqlik, layihələrin yazılması və idarə edilməsi, fərdi inkişaf, könüllülük kimi təlimlərə cəlb ediləcək.
Rəsmi hissədən sonra ilk təlimə start verilib. Ekspert Xəyyam Şahbazov liderlik mövzusunda iştirakçı gənclərə məlumatlar verib. Layihə çərçivəsində iştirakçı tələbələrə xüsusi hazırlanmış köynəklər, bukletlər və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihə ilin sonunadək davam edəcək.