Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə həyata keçirilən “Menecer” Gəncin Menecment Akademiyası layihəsinin icrasına start verilib.
Layihənin məqsədi, gənclərin iş həyatında, menecment sahəsində praktiki yönümlü, müasir metodlardan istifadə olunaraq biliklərinin artırılmasıdır. Akademiya çərçivəsində iştirakçılar, şənbə və bazar günləri keçiriləcək 6 təlimdə iştirak edəcəklər. Daha sonra gənclər, komandalara bölünərək təlimdə öyrəndikləri nəzəri bilikləri praktiki olaraq tətbiq edəcəklər. Hazırlanan layihələr, final günü peşəkarlar qarşısında təqdim olunacaq. Bəyənilən layihələr mükafatlandırılacaq.
Akademiya çərçivəsində keçirilən təlimlərdə müasir metodlarla aşağıdakı mövzular tədris ediləcək:
– Problem analizi, ideya formalaşdırma;
– Zamanın idarəolunması, planlama və strategiya;
– Kommunikasiya və insan resurslarının idarəolunması;
– Büdcə idarəetmə və fandreyzinq;
– Komanda işi, könüllü idarəetmə;
– Hesabatlılıq, monitorinq və audit.
Layihənin bütün mərhələlərini uğurla başa vuran iştirakçılar “gənc menecer” adını qazanacaq və akademiyanın məzunu olacaqlar.