Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş Nərgiz Əzizovanın ”Sağlam bünövrəli gənc ailə” layihəsi ilk olaraq Astara rayonunda keçirilmişdir. Seminarda erkən nigahlar, onların törətdiyi sosial və psixoloji fəsadlar, evlilikdən öncə gənclərin sağlamlıq yoxlanışlarından keçməsi, onların həm
xarakter həmdə temperamentlər olaraq bir-birinə uyğunluqları, evlilik müddəti ərzində yaşana biləcək ailə daxili anlaşılmazlıqlarının aradan qaldırılması və s kimi önəmli və ciddi məsələlər gənclərin diqqətinə çatdırılmışdır. Astara gənclərinin olduqca böyük marağına və
maarifləndirilməsinə səbəb olan növbəti seminar isə Bakı şəhərində keçirilmişdir. Burada da gənclər yuxarıda qeyd edilən vacib sosial məsələlər ilə bağlı kifayyət qədər məlumatlandırılmışdırlar. Onlar həmçinin bu tip layihələrin keçirilməsinin gənclər üçün gələcək ailə həyatlarında onların düzgün istiqamətləndirilməsi üçün önəmini qeyd etdilər.
Sonda isə seminarlardan sonra gənclər layihədə iştiraklarına və maarifləndirilməklərinə görə sertifikatlarla təltif olunmuşdurlar.