Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə reallaşdırılan “Sarı Gəlin” Tələbə Mahnı Festivalının qala konserti keçirilmişdir.
Azərbaycan Dillər Universitetinin rəqs qrupunun ifasında “Sarı Gəlin” rəqsi nümayiş olunduqdan sonra layihə rəhbəri Günay Hüseynli aparıcı qismində festivalı açıq elan etdi.
Festivalın sonunda münsiflər heyətinin qərarına əsasən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1-ci kurs magistr tələbəsi Aydan Quliyeva ən yaxşı ifanı nümayiş etdirdiyinə görə qran-pri ilə təltif olundu. 1, 2 və 3-cü yerə isə uyğun olaraq Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov, Bakı Dövlət Universitetinin tələbəsi Rəqsanə Əsədova və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kamaləddin Məmmədov layiq görüldü. Sonda 1-ci yerin sahibi əməkdar artist Vüqar Camalzadənin müşayəti ilə “Sarı Gəlin” Azərbaycan Xalq Mahnısını ifa etdi.