Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun final mərhələsinə yekun vuruldu.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun finalı 4 dekabrda Fairmont Hotel Baku-da keçirildi. Rəsmi hissə Azərbaycan Prezident Administrasiyası Gənclər Təşkilatları ilə iş üzrə sektor müdiri Vüsal Quliyevin çıxışı ilə başladı. Vüsal Quliyev intellektual oyunların gənclərin asudə vaxtının təşkilində və onların inkişafında önəmli rolunu vurğulayaraq belə yarışların ənənəvi hal almasının vacbiliyini qeyd etdi. O, Xəzər İntellektual Gənclər Klubunu yaradılmasının 15 illik yubileyi ilə əlaqədar olaraq təbrik etdi və intellektual oyunlar hərəkatının ölkədə insan kapitalının formalaşdırılmas
Rəsmi hissə bitdikdən sonra final oyunu başladı. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 15 regionu və Bakını təmsil edən 70 komanda vəsiqə qazanmışdı. Final mərhələsi çərçivəsində 3 kubok uğrunda mübarizə getdi. Regionlardan gələn və məktəblilərdən ibarət olan komandaları həvəsləndirmək üçün onlar üçün ayrıca Regionlar Kuboku və Məktəbli Kuboku təsis olunmuşdu.
Turnirin “Nə? Harada? Nə zaman?” mərhələsi Babək Qasımzadənin baş redaktoruluğu ilə tərtib edilmiş 60 sualdan ibarət oldu. Dörd turdan ibarət olan yarışın Məktəbli Kubokunda “5+1” komandası üçüncü, “Onside” komandası ikinci, “Oliqarx” komandası isə birinci yeri tutdu. Regionlar Kubokunda Mingəçevirin “CHE” komandası üçüncü, İmişlinin eyni adlı komandası ikinci yerə sahib oldu. Regionlar Kubokunu isə iki il ardıcıl olaraq Gəncə komandası qazandı. VII Çağırış Kubokunun əsas sıralamasında isə bürünc medallar “Diplomat” komandasına nəsib oldu. Sonuncu suala qədər davam edən birinci yer uğrunda mübarizədə “Jagermeyster” komandası ikinciliklə kifayətləndi. “Vendetta” komandası isə VII Çağırış Kubokuna yiyələndi. “Nə? Harada? Nə zaman?” mərhələsinin yekununda təşkil olunan Breyn-Rinq turnirində əsas mərhələdə heç kəsə şans verməyən “Vendetta” yenə qalib oldu. Bu dəfə ikinci yerə “Diplomat”, üçüncü yerə isə “Interpreters United” komandaları sahib oldular. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırıldılar.