“Azerbaijan Orienteering Federation” və “XtraTour Extreme Sports Club”-unun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Orienteering” adlı layihə “Velopar” ərazisində keçirilib. Tədbir 19 noyabr tarixində 20-dən çox gəncin iştirakı ilə həyata keçirilib. Layihə proqrama uyğun davam edərək ilk öncə iştirakçılarla nəzəri təlimlər və daha sonra praktik təlimlər keçirilmişdir. Nəticələr həm komanda hesabı, həm də fərdi olaraq hesablanaraq açıqlanmışdır.
Müxtəlif komandalardan ibarət iştirakçılar tədbirin sonunda sertifikatlarla təltif olunmuşdur.