Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc musiqiçi Günay Sadıxovanın “Kitablar və Mən” layihəsi baş tutacaq. Layihənin əsas məqsədi gəncləri maarifləndirmək, dünya görüşünü, intellektlərini zənginləşdirmək, kitab oxucularının sayını artırmaq, gənclərə yazmaq bacarığını əxz etdirməkdir. Layihənin adından məlum olduğu kimi “Kitablar və mən” kəlməsində “mən” adlı fərdin kitablara olan münasibətini, sevgisini, rəğbətini bu layihədə üzə çıxarmaq, aşılamaq əsas məqsədlərdəndir.
Layihənin əsas şərti hər hansı bir əsər və ya kitab haqqında alınan təəssüratların yazılı şəklində – inşa, esse, məqalə formasında təqdim olunmasıdır. Əsərlər klassik, müasir, Azərbaycan, xarici ədəbiyyat nümunələrində götürülə bilər. Yazı işinə mövzu baxımından heç bir məhdudiyyət qoyulmur. Bu yazı işlərində əsərlərdən və ya kitablardan alınan təəssüratlar əks olunmalıdır. Ən maraqlı yazı nümunəsinin sahibləri I-II-III yerlər üzrə qalib elan olunacaqlar. Yəni iştirakçı öz yazı yazmaq qabiliyyətinin gücü hesabına gözəl inşalar, esse və ya məqalələr yazaraq müsabiqəyə təqdim edə bilərlər. Qeyd edək ki, iştirakçılar 2, hətta 3 inşa, məqalə və ya esse yollayamaq hüququna malikdirlər. Eləcə də, yazılar 7 səhifədən artıq olmamalı, 1,5 məsafəli intervalla, Times New Roman 14 şrifti ilə qəbul edilir.
Müsabiqəyə qatılmaq üçün [email protected] ünvanına iştirakçılara ad, soy ad, doğum tarixini yazmaq və yazı işilərini yollamaq kifayətdir.
Müsabiqəyə qatılmaq üçün son tarix: 03.12.2016-cı il