Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində “Ekoloji mədəniyyətin formalaşdırılmasında gənclərin rolu” mövzusunda layihənin icrası davam edir.
Layihə rəhbəri İradə Heydərovanın verdiyi məlumata görə layihənin icra planına uyğun olaraq ekoloji mədəniyyətin təbliğ olunması məqsədilə Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşr olunan çap materialları gənclər arasında paylanılmışdır.
Keçirilən tədbirlərdə yeniyetmə və gənclərə ekologiya haqqında ətraflı məlumat verilmiş, təbiəti qorunmağın vacibliyi, ekoloji tarazlığın qorunması məqsədilə vətəndaş məsuliyyəti, heyvanlara və bitkilərə diqqət kimi vacib məsələlər aşılanmışdır.
Tədbirlər mühazirə formatında təşkil olunmasına baxmayaq, diskussiyaya da geniş yer verilmişdir ki, bu da gənclərin ekoloji maarifləndirmə mövzusuna marağının artmasına səbəb olmuşdur.