Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Y-PEER Azərbaycan şəbəkəsinin və Xəzər Universitetinin “Əlilliyi olan Tələbələr Mərkəzi” nin təşkilatı dəstəyi ilə “Əlçatan Təhsil – Əlçatan Gələcək” layihəsi çərçivəsində təşkil olunacaq.
Təlimin əsas məqsədi inkluziv təhsillə bağlı məlumatlandırma, əlilliyi olan uşaqlarla işləyərkən, onlara olan düzgün pedaqoji yanaşma və davranışın inkişaf etdirilməsidir.
2 günlük təlim zamanı, iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcək və bu təcrübəni öz həmyaşıdları ilə paylaşmaq şansı əldə edəcəklər.
Dil: Azərbaycan dili
Gün: 2-3 dekabr 2016-ci il
Vaxt : hər gün 14 :00-18 :00
Yer : Xəzər Universiteti
Kimlər müraciət edə bilər:
– 18-25 yaş arası gənclər;
– Pedaqoji təhsil alanlar və ya pedaqoji təhsili olanlar;
– Özünü gələcək təlimçi və ya təhsil işçisi kimi görənlər;
– Əlilliyi olan uşaqlarla çalışarkən yeni yanaşma və bacarıqlar öyrənmək istəyən gənclər.
Təlimdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formunu doldurmanız xahiş olunur:
https://docs.google.com/
Son müraciət tarixi 27 noyabrdır. Kriteriyalardan uğurla keçən gənclərə 29 noyabr tarixinə qədər məlumat veriləcək.
Təlimdə iştirak ödənişsizdir. İştirakçılar çay fasiləsi və sertifikatla təmin olunacaqlar.
Əlavə sullarınız olarasa layihə rəhbəri Səadət Abdullazadə ilə əlaqə saxlaya bilərsiniz:
Email: [email protected]
Mob: +99455 598 72 19