Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan Vahid Əliyevin rəhbəri olduğu layihənin ilk tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş tutub.
Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin dəstəyi ilə icra edilən layihənin açılış mərasimində çıxış edən filialın təlim-tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva çıxışında bu kimi layihələrin gənc nəslin dünyagörüşünün artırılmasında müstəsna əhəmiyyətinin olduğunu bildirib və bu kimi layihəyə tərəfdaş olduqlarından qürur duyduqlarını bildiriblər. Natiq çıxışında Gənclər Fonduna layihəyə dəstək verdiyinə təşəkkür edib və layihə rəhbərinə bu gözəl ideyası üçün də gələcəkdə uğurlar arzulayıb.
Layihənin işçi qrupunun könüllüsü Aynurə Şıxməmmədova çıxışında bildirib ki, layihə çərçivəsində kitab kluba müxtəlif kitablar alınacaq ki, bu kitablardan da gənclər təmənnasız istifadə edə biləcək, eyni zamanda gənclərin iştirakı ilə müxtəlif əsarlərin müzakirələri təşkil olunacaq, eyni zamanda gənclərin yerli yazarlarla, ədəbiyyatçılarla görüşləri təşkil olunacaq.
Tədbirdə çıxış edən gənclər və tələbələr layihə çərçivəsində yaradılacaq kitab müzakirə klubunun işində fəal iştirakın əhəmiyyətini bildirib və layihəyə uğurlar arzulayıblar.
Qeyd edək ki, layihə 2017-ci lin fevral ayınadək davam edəcək.