Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində Ayşən Məmmədovanın həyata keçirdiyi “Qarabağın Bağları” musiqi festivalı layihəsi davam etdirilir. 25 sentyabr 2016-cı il tarixdən etibarən start götürmüş layihənin 3 ay müddətində icra olunması nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində Azərbaycanın bölgələrində yaşayan 25 nəfər musiqiçi gənclərin iştirakı ilə Tərtər rayonunda milli musiqimiz Muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Müsabiqədə iştirak edən gənc musiqiçilər layihə çərçivəsində hazırlanmış diplomla təltif olunacaqlar.
Layihə Azərbaycanın incisi Muğam sənətinin, ifaçılığının, onun bütün lad, melodik inkişaf qanunlarını, melodik ifadələrini, müsiqiçilər tərəfindən gənclər arasında yüksək səviyyədə yayılmasını təbliğ etmək məqsədi daşıyır.