Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könlüm keçir Qarabağdan” layihəsinin yekunu 30 sentyabr 2015-ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində keçirilmişdir. Layihə Ağstafa, Qazax və Tovuz rayonlarını əhatə etmişdir.
Layihənin keçirilməsində məqsəd gənclərə vətənpərvərlik ruhunu aşılamaq, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu aşılamaq, istedadlı gəncləri üzə çıxarmaq, onlar arasında yaradıcılıq əməkdaşlığı yaratmaq, növbəti müsabiqələrə ruhlandırmaqdır.
Layihə çərçivəsində müsabiqəyə göndərilən rəsm işlərinin sərgisinə baxışdan sonra layihə rəhbəri Murad Babakişizadə tərəfindən “Könlüm keçir Qarabağdan” layihəsi və əldə olunmuş nəticə, eyni zamanda Azərbaycan Gənclər Fondu haqqında məlumat vermişdir. Sonra Qarabağ haqqında hazırlanmış filmə baxış, Ağstafa şəhər Uşaq Musiqi məktəbinin hazırladığı müsiqi nömrələri təqdim olunmuşdur. Layihənin yekununa həsr olunmuş tədbirdə iştirakçıların mükafatlandırılması baş tutmuşdur. Bütün iştirakçılara sertifikat və müsabiqənin yekununu əks etdirən kataloqlar paylanmışdır.
Rəsm işlərində Qarabağın dünəni, bu günü, sabahı, onunla bağlı ümid və arzular, Qarabağın füsunkar təbiəti, onun fauna və flora aləmi, tarixi abidələri, muğam öz əksini tapmışdır.