4 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbəsi Ağalar Ağalarlının təqdimatında Şirvan şəhər Gənclər və İdman İdarəsində layihənin sonuncu təlimi baş tutmuşdur.
Təlimdə Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Şirvan şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Burcəliqızı, layihə rəhbəri Türkanə Musayeva və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev açmış və daha sonra layihə rəhbəri Türkanə Musayeva layihə haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Təlim Ağalar Ağalarlının iştirakçılara protokol və etiket qaydaları haqqında, həmçinin, zamanla dəyişən və həyatımıza daxil olan yeniliklərə etiket qaydlarının necə təzahür etməsi haqqında məlumat verməsi ilə davam etmişdir.
Təlim interaktiv şəkildə baş tutmuş və iştirakçılar da mövzu ilə əlaqədar öz fikrilərini bildirmişlər. Təlimin sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunmuşdur.
Beləliklə, “Etik Mən” layihəsinə yekun vurulmuşdur.