Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Gənclər İctimai Fəaliyyətdə” adlı layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi Bakı kəndlərinin gəncləri arasında ictimai fəallığın artırılması, könüllülük prinsiplərinin təbliği, cəmiyyətdə baş verən proseslərə fəal vətəndaş mövqelərini bildirməkdə onlara dəstək olmaqdır.
Layihə çərçivəsində “İctimai sfera tarixi”, “Liderlik”, “Motivasiya”, “ Könüllülük ”, “Layihələrin yazılması və icra edilməsi” mövzularında növbəti təlim proqramı 05 Noyabr 2016-ci il tarixində Maştağa kənd 187 nömrəli orta məktəbdə baş tutmuşdur.
Təlim proqramında məruzəçi qismində iştirak edən Azəri Yurdu Gənclər İctimai Birliyinin sədri Mirəli Mahmudov belə layihələrin təqdirəlayiq olduğunu vurğulayıb, gənclərin ictimai sahədə aktiv olmaları üçün qeyd olunan mövzularda təlimləri həyata keçirdərək öz təcrübəsini gənclərlə bölüşüb.
Daha sonra iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi olub, aktiv olan gənclər sertifikatlara layiq görülmüşlər.