Balakən rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan, Balakən rayon Gənclər və İdman İdarəsi tərəfindən dəstəkənən “Gənclərin gücü” adlı həvəskarlar arası qol güləşi turniri keçirilmişdir.
Əvvəlcə turnirin açılış mərasimi keçirilmiş, layihə rəhbəri Eşqin Uzunov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Balakən rayon YAP Gənclər Birliyinin sədri Sarxan Hacıyev və başqaları çıxış edərək Respublikada gənclərə göstəilən diqqət və qayğıdan danışdılar və yarış iştirakçılarına uğurlar arzulandı. Daha sonra tədbir yarış iştirakçılarının çəkilməsi və püşk atılması ilə davam etdi.
5 çəki dərəcəsində (55, 60, 65, 70, 80) keçirilən yarışda 80 nəfər həvəskar gənclər öz güclərini sınayıb. “Uduzan çıxır” sistemi əsasında keçirilən yarışda qalib gələn idmançılar diplomlarla təltif edilmişlər. Rayonun idman ictimaiyyətinin də iştirak etdiyi turnirdə gənclər onlara göstərdiyi diqqətə görə yarışın təşkilatçılarına minnətdarlıqlarını çatdırdılar.