1 noyabr 2016-cı il tarixində “Rodina” və “Spektr” Gənclər Mərkəzinin rəhbərliyi və işçi heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur.
Qonaqlar Gənclər Fondunun əməkdaşları ilə tanış olmuş və onları maraqlandıran sualları Fonun nüməyəndələrinə ünvanlamışlar.
Bu görüşdə, Fondun aparat rəhbəri Faiq Qürbətov və sektor müdiri Vüsalə Niftəliyeva Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verərək Fondun prioritetlərini qonaqların nəzərinə çatdırmışlar.
Daha sonra qonaqlar Rusiya Federasiyasında gənclərlə bağlı həyata keçiridikləri layihələr haqqında məlumat verərək bu sahədə Gənclər Fondunun təcrübəsini yüksək qiymətləndirmişlər.