Quba rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yusif Musayev tərəfindən icra olunan “Təmiz ekologiya – sağlam gələcək!” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Y. Musayev layihənin məqsədi və donoru, eləcə də indiyə qədər layihə çərçivəsində keçirilmiş maarifləndirmə tədbirlərindən danışıb. Layihə rəhbəri bildirib ki, əsas məqsədi ekoloji problemlərin həlli istiqamətində aparılan işlərə yeniyetmə və gənclər tərəfindən daha çox iştirakçıların cəlb edilməsi olan layihənin icrası bu günün tələbidir.
Layihənin eksperti şagirdlərə ətraf mühitin mühafizəsi, ətraf mühitin çirklənməsinə səbəb olan elementlər və mənbələr barədə, bu istiqamətdə görülən işlər və İDEA İctimai Birliyi tərəfindən aparılan ekoloji aksiyalar barədə məlumat verib.
Sonda şagirdlərə layihə çərçivəsində nəşr etdirilmiş maarifləndirici bukletlər paylanılıb və şəkillər çəkdirilib.