Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Etik Mən” layihəsi çərçivəsində 29 oktyabr tarixində Bakı şəhəri Binəqədi rayon Gənclər Evində təlim baş tutmuşdur. Təlimdə Qüdrətxanım Zeynalova iştirakçılara protokol və etiket qaydaları haqqında məlumat vermiş, yalnız rəsmi görüşlər zamanı deyil, gündəlik, habelə işgüzar həyatımızda da etiket qaydalarının vacibliyindən bəhs etmiş, həmçinin praktiki baxımdan da etiket qaydaları ilə bağlı yanaşmalar ortaya qoyulmuşdur.
Təlimdə layihə çərçivəsində hazırlanmış bukletlər paylanmış və iştirakçılar sertifikatla təltif olunmuşdur.
Layihə gənclər arasında beynəlxalq görüşlər, tədbirlər zamanı protokol və etiket qaydalarına riayət edilməsini təbliğ etmək məqsədi daşıyır.