Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günel Süleymanova tərəfindən “ƏDƏBİYYAT: Nəsillərin vəsiyyəti” layihəsi icra olunur.
Layihə çərçivəsində Sumqayıt şəhərində 4 saylı tam orta məktəbdə keçirilən növbəti tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib.
Günel Süleymanova mövzunun aktuallığından danışaraq yeniyetmə və gənclər arasında ədəbiyyata marağın artırılması üçün məktəb və şəhər kitabxanalarına müraciət etmələrinin vacibliyini qeyd edib.
Layihənin eksperti şagirdlərə ədəbiyyatın, mütaliənin insanın tərbiyə olunmasında, dünyagörüşünün artmasında böyük rolu və əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə şagirdlərlə yay tətilində oxuduqları kitablar haqqında fikir mübadiləsi aparılıb. Sonra şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.