Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ədəbiyyatla görüş” layihəsinin ilk tədbiri Bakı Dövlət Universitetində baş tutmuşdur. İlk öncə qeyd edək ki, layihənin əsas məqsədi son dövrlər texnologiyanın sürətli inkişafı ilə bağlı olaraq gənc nəsildə kitablara azalmış marağın yenidən artrılmasıdır. Layihə bu istiqamətdə maarifləndirmə işi aparır. Səccat Mahmudovun rəhbərliyi ilə icra olunan layihənin ilk tədbirində universitet tələbələri və gənc laborantlar iştirak etmişlər. “Ədəbiyyatla görüş” layihəsi üzrə koodninator Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin laborantı Nigar Rüstəmova tədbiri maksimal dərəcədə interaktiv şəkildə aparmağa çalışmış və bir növ qarşılıqlı diskussiya şəklində keçirilmişdir. Tədbir zamanı kitabların bizə, bizim həyatımıza qatdığı dəyərlər, üstünlüklər barədə müzakirə aparılmışdır. Təlim boyunca daha çox kitab oxumağın beynimizdə yaratdığı müsbət bioloji dəyişiklər, düşünmə qabiliyyətimizi yüksəltməsi, mütaliə etməyin söz ehtiyyatımıza zənginləndirməsi və bunun nəticəsində də öz nitqimizi təkmilləşdirməyi, fikrimizi daha dolğun və səlis ifadə etmək və digər faydalı tərəfləri barədə gənclər maarifləndirilmişdir. Təlim müddətində gəncləri maraqlandıran suallar cavablandırılmış, tədbir iştirakçılarına görüş ilə bağlı müxtəlif bukletlər paylanılmışdır.