Abdullayeva Sara Mircalal qızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ən Zəif Bənd” adlı layihəsini həyata keçirir. Layihənin icra planına uyğun olaraq Masallı rayonunun 5 məktəbində seçim turları keçirilmişdir. Belə ki, 17.10.2016-cı il tarixində Masallı rayonu 2 saylı tam orta məktəbində, 18.10.2016-cı il tarixində Masallı rayonu 4 saylı Digah kənd tam orta məktəbində, 19.10.2016-cı il tarixində Masallı rayonu 1 saylı tam orta məktəbində, 20.10.2016-cı il tarixində 3 saylı tam orta məktəbində, 21.10.2016-cı il tarixində Masallı rayonu “Dəfinə” məktəb-liseyində tədbirlər baş tutub. Ümumilikdə tədbirlər 9,10,11-ci sinif şagirdləri arasında yəni 14-17 yaş arası 100 nəfər gənclə keçirilmişdir.
Seçim turlarında hər məktəbdən 20 şagird arasından 2 nəfər seçilməklə 10 nəfər gənc oyuna vəsiqə qazanıb. Sonda 22.10.2016-cı il tarixində gözlənilən “Ən Zəif Bənd” oyunu Masallı rayonu “ASAN Hayat” Kompleksinin “Asan İntellekt” zalında baş tutmuşdur. Tanınmış “Zəif Bənd” oyununun qaydalarına əsasən layihə həyata keçirilmişdir və 1 nəfər gənc, “Dəfinə” məktəb-liseyinin 11-ci sinif şagirdi Əliyev Rafael oyunun qalibi olmuşdur.
Qalibə xüsusi mükafat və digər 9 iştirakçıya isə hədiyyələr təqdim olunub.