Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonun Qrız kəndində 20 nəfərlik qrupla 2 gecə 3 günlük “Ekoloji Düşərgə” adlı layihə həyata keçirilmişdir. Düşərgə müddətində Almaniya Təbiət Dostlarının nümayəndəsi təlimçi olaraq dəvət olunmuşdu. Təlimçi düşərgə müddətində Ətraf mühit və Davamlı Turizmlə bağlı öz təcrübələrini bölüşdü iştirakçılarla. Eyni zamanda iştirakçılar yerli təlimçi tərəfindən “Ekoloji mövzu”da maarifləndirildilər. Düşərgənin son günü isə iştirakçılar Qrız kəndinin yaxınlığında yerləşən şəlaləyə yürüş (hiking) edərək praktik olaraq təlimlər aldılar.
Layihə gənclərin və eyni zamanda yüksək dağkəndlərində yaşayan gənclərin və kənd sakinlərinin ekoloji sahədə və ekoturizm sahəsində bilik və bacarıqların artırılması istiqamətinə yönəldilib.
* Layihənin məqsədi
– Yüksək dağ kənd sakinləri və gənclər arasında ətraf mühitin mühafizəsi və ekoloji mövzuda nəzəri və praktiki biliklərin artırılmasıdır.