Xızı rayonunda “İncəsənətin Səsi” layihəsi çərçivəsində növbəti müsabiqə xarakterli görüş təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Xızı rayon Təhsil Şöbəsinin, Xızı rayon Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə çıxış edən layihə rəhbəri Ümman Rüstəmli son illər ölkəmizdə incəsənət baxımdan uğurlu, musiqi aktuallığına görə çox dəyərli müsabiqələrin keçirildiyini, incəsənət sahəsinin yeni nəaliyyətlər qazandığını və incəsənətsevər gənclərimizin sayının artığını qeyd etmişdir. O, həmçinin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən, gənclərimizə göstərilən diqqət və qayğıdan və yaradılan şəraitdən danışmışdır.
Daha sonra söz layihə eksperti İman Ağayeva verilmişdir. O çıxışında artıq layihə çərçivəində II marifləndirici görüşün və müsabiqənin keçirildiyini, layihənin məqsədinin incəsənət müsabiqələrinin gənclərə daha əl çatan, asudə vaxtlarını musiqiyə sərf etmək və komplekslərin aradan qaldırmaq olduğunu bildirmişdir.
Layihə çərçivəsində təşkil olunan müsabiqələrdə istedadlı gənclər və yeniyetmələr seçiləcək və onlardan ibarət sonda “İncəsənətin Səsi” adlı musiqi festivalı keçiriləcəkdir.