Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi üzrə həyata keçirilən “Gənc iqtisadçılar arasında araşdırma müsabiqəsi” layihəsi çərçivəsində ilk tədbir keçirilmişdir.
Ekspertin də iştirakı ilə baş tutmuş bu tədbirdə sentyabr ayının 25-dən etibarən icrasına start verilmiş bu layihədə keçirilməsi nəzərdə tutulmuş müsabiqə üçün tədqiqat işlərinin və araşdırmaların qəbulu məqsədilə iqtisadiyyat sahəsi üzrə müvafiq istiqamətlər, müsabiqənin şərtləri və planı müəyyənləşdirilmişdir.
Müsabiqənin şərtləri aşağıdakı formatdadır:
Müsabiqəyə iqtisadiyyat sahəsi üzrə yazılmış A4 formatlı word sənədində Times New Roman şriftində 14 ölçüdə 5 səhifəyə qədər olan araşdırmalar qəbul edilir.
Araşdırma işlərini 30 noyabr 2016-cı il tarixinədək [email protected] elektron poçtuna göndərə bilərsiniz. Müsabiqədə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan və elmi tədqiqatla məşğul olan 18-29 yaş arası gənc tələbə, magistrant, doktorant və dissertant iştirak edə bilər. Müsabiqəyə təqdim olunacaq bütün araşdırmalar toplu halında çap olunacaq və təqdimat mərasimində müəlliflərə paylanılacaq.
Ən yaxşı araşdırma müəllifinə diplom və ilk 3 yeri tutan gənclərə pul mükafatı: 1-ci yer 100 AZN, 2-ci yer 70 AZN, 3-cü yer 50 AZN təqdim olunacaqdır.